[b]“Telekom”dan tamam, “Modena”dan davam[/b]
09.02.2017 - 09:44
[b]“Telekom”dan tamam, “Modena”dan davam[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Bakının “Telekom” klubunun yer aldığı A qrupunda IV tur çərçivəsində İtaliya “Konegliano”su Polşa “Ximik”ini qəbul edib.

 

Qarşılaşma ev sahibləri üçün uğursuz alınıb. Onlar səfərdə 3:1 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, bu dəfə 2:3 (25:23, 20:25, 20:25, 25:20, 8:15) hesabı ilə məğlub olublar.

 

Matçın nəticəsi turnir cədvəlində dəyişikliyə səbəb olmasa da, “Telekom”un pley-off şansının üstündən xətt çəkib. Həmçinin “Modena”nın mərhələ adlaması da rəsmiləşib.  

 

1.

Modena (İtaliya)

4

4

0

12-4

384-347

11

2.

Konegliano (İtaliya)

4

2

2

10-8

381-376

7

3.

Ximik (Polşa)

4

2

2

9-8

362-346

6

4.

Telekom (Azərbaycan)

4

0

4

1-12

272-330

0

 

Qeyd edək ki, “Telekom” IV turda “Modena”ya 1:3 hesabı ilə uduzub.

0