[b]Məşhur hakim Premyer Liqadan imtina etdi[/b]
16.02.2017 - 19:25
[b]Məşhur hakim Premyer Liqadan imtina etdi[/b]

Məşhur ingilis hakim Mark Klatenburq maraqlı qərarla diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, ədalət təmsilçisi artıq İngiltərə Premyer Liqasında matç idarə etmək istəmir.

 

2016-cı ildə Avropanın ən yaxşı hakimi adına layiq görülən Klatenburq bundan sonra Səudiyyə Ərəbistanı birinciliyində fit çalacaq. BBC xəbər verir ki, o, artıq bu qərarı barəsində İngltərə Futbol Federasiyasına rəsmi müraciət edib.

 

Qeyd edək ki, 41 yaşlı ədalət təmsilçisi 1993-cü ildən hakimlik edir. 2006-cı ildən isə FİFA dərəcəsi daşıyır.

0