[b]Skoulzdan “Mançester Yunayted”ə məsləhət[/b]
17.02.2017 - 09:35
[b]Skoulzdan “Mançester Yunayted”ə məsləhət[/b]

“Mançester Yunayted”in üzərində həmişə təzyiq olur. Komandanın Premyer Liqa və Çempionlar Liqasının qalibi olması vacibdi”. Apasport.az saytı xəbər verir ki, bu sözlər keçmiş futbolçu Pol Skoulza məxsusdu.  

 

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Britaniya mətbuatına açıqlama verib. Skoulz “mankunianlar”a “Atletiko”nun üzvü Antuan Qrizmannı transfer etməyi məsləhət görüb: “Uğur qazanmaq üçün yaxşı oyunçular gətirilməlidi. “Mançester Yunayted”in gənc futbolçuları yüksək səviyyəli oyun göstərə bilmir. Əgər Qrizmannı gətirmək mümkündüsə, niyə də buna cəhd etməyəsən? Çünki komandaya əlavə güc qata biləcək futbolçudu”.

 

Qeyd edək ki, 1993-2011 və 2012-2013-cü illərdə “Mançester Yunayted”in formasını geyinmiş Skoulz 1997-2004-cü illərdə isə İngiltərə millisinin şərəfini qoruyub.  

0