[b]“Qəbələ”nin stadionu qara büründü - FOTO[/b]
17.02.2017 - 13:16
[b]“Qəbələ”nin stadionu qara büründü - FOTO[/b]

Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində “Qəbələ” – “Qarabağ” matçının keçiriləcəyi stadionun hazırkı durumu bəlli olub. Apasport.az saytı xəbər verir ki, klubun rəsmi feysbuk səhifəsi arenanın indiki vəziyyətini əks etdirən foto paylaşıb.

 

Şəkildən görünür ki, ölkədə yağan güclü qar Qəbələ şəhər stadionuna da təsir göstərib. Belə ki, arena bütünlüklə qara bürünüb.

 

Qeyd edək ki, fevralın 19-da keçiriləcək "Qəbələ" - "Qarabağ" matçı saat 17:30-da start götürəcək.

0