[b]Azərbaycan çempionunun oyununu rusiyalıya tapşırıldı[/b]
20.02.2017 - 14:52
[b]Azərbaycan çempionunun oyununu rusiyalıya tapşırıldı[/b]

Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan “Azərreyl”in V turdakı oyununa təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, fevralın 23-də keçiriləcək Türkiyə “Fənərbaxça”sı ilə qarşılaşma beynəlmiləl briqadaya həvalə edilib.

 

Matçın 1-ci hakimi Rusiya təmsilçisi Aleksandr Pavlov olacaq. Ona yunanıstanlı Epaminondas Qerothoduros kömək edəcək.

 

Qeyd edək ki, Azərbaycan çempionunun “Azərreyl” Voleybol Mərkəzindəki görüşü saat 18:00-da başlayacaq.

 

0