[b]Qvardiola kumirinin adını açıqladı[/b]
21.02.2017 - 11:38
[b]Qvardiola kumirinin adını açıqladı[/b]

“Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola məşqçi kimi kumirinin adını açıqlayıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu, argentinalı mütəxəssis Marselo Byelsadı.

 

Qvardiola növbəti mövsümdən etibarən “Lill” klubunun “sükanı arxası”na keçəcək Byelsanı tərifləyib: “Onun məşqçiliyinə heyranam. Çünki futbolçuların oyun keyfiyyətini daha yüksək səviyyəyə qaldırır. Byelsa ilə işləmiş futbolçulardan heç kim onun barədə mənfi fikir bildirməyib. Hər kəs Byelsanın futbolçu karyeralarına fayda verdiyi üçün ona minnətdardı”. 

 

Qvardiola söhbət əsnasında Byelsanın onun məşqçilik karyerasına da təsir etdiyini deyib: “Bu vaxta qədər mənə verdiyi tövsiyələrlə çox kömək etdi. Onunla hər söhbətimdə fərqli şeylər öyrənirəm”.

 

Qeyd edək ki, karyerası ərzində Argentina və Çili yığmalarını, həmçinin “Espanyol”, “Atletik”, “Marsel” klublarını da çalışdırmış Byelsanın son iş yeri “Latsio” olub.

 

 

 

 

0