"Bayer" "Jirona"nın yarımmüdafiəçisi ilə güclənmək istəyir
07.05.2024 - 11:36
"Bayer" "Jirona"nın yarımmüdafiəçisi ilə güclənmək istəyir

Bundesliqa çempionu "Bayer Leverkuzen" yayda baş tutacaq transferlərini planlaşdırmağa başlayıb.

Apasport.az xəbər verir ki, insayder Fabrizio Romanonun sosial şəbəkələrdə verdiyi məlumata görə, hüquqları "Jirona"ya məxsus olan yarımmüdafiəçi Ales Qarsiya Almaniya çempionunun diqqət mərkəzinə düşüb.

Jurnalistin sözlərinə görə, Leverkuzen təmsilçisi futbolçunun transferi ilə bağlı müraciət edib. “Jirona” Almaniya tərəfinə hələlik konkret cavab verməyib.

Qeyd edək ki, İspaniya çempionatının bu mövsümündə Qarsiya 33 matçda forma geyinib. 26 yaşlı yarımmüdafiəçi 3 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. 

0