[b]“Qarabağ”la oyunun ən yaxşısı - VİDEO[/b]
22.02.2017 - 00:26
[b]“Qarabağ”la oyunun ən yaxşısı - VİDEO[/b]

Filip Ozobiç “Qarabağ”la matçda “Qəbələ”nin heyətində ən yaxşı oyunçu seçilib. Apasport.az saytının məlumatına görə, bu nəticə azarkeşlər arasında keçirilmiş sorğudan sonra ortaya çıxıb.

 

Klubun feysbuk səhifəsində keçirilmiş sorğuda ən çox səsi xorvatiyalı toplayıb – 62%. Onu 25%-lə qapıçı Dmitri Bezotosnı izləyib.

 

Sonrakı yerləri isə Voyslav Stankoviç (8%) və Nika Kvekveskiri (5%) tutub.

 

Qeyd edək ki, Qəbələ şəhər stadionunda baş tutan görüşdə meydan sahibləri 2:0 hesablı qələbəyə sevinmiş, qollardan birinə Ozobiç imza atmışdı.

0