[b]Rakitiç qərarını verdi: 2021-ci ilə qədər...[/b]
22.02.2017 - 17:28
[b]Rakitiç qərarını verdi: 2021-ci ilə qədər...[/b]

“Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiçin taleyinə aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, xorvatiyalı futbolçu Kataloniya klubunda qalmağı qərara alıb.

 

Bir müddət əvvəl baş məşqçi Luis Enrike ilə mübahisəyə görə, əsas heyətə düşməkdə çətinlik çəkən Rakitiç karyerasını başqa ölkədə davam etdirmək fikrinə düşmüşdü. Hətta bir neçə klubla danışıqlara da başlamışdı. Lakin baş məşqçi ilə münasibətləri düzəldikdən sonra yenidən heyətdəki yerini qaytaran Rakitiç komandası ilə yeni müqavilə imzalayacaq. Rəhbərliklə razılığa əsasən, futbolçu 2019-cu ilin yayına qədər olan anlaşmasını yaxın günlərdə 2021-ci ilə qədər uzadacaq. Bundan sonra 29 yaşlı oyunçunun məvacibi də artırılacaq.

 

Qeyd edək ki, bu mövsüm La Liqada 18 oyunda iştirak edən İvan Rakitiç 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

0