[b]“Qəbələ”nin istədiyi futbolçu ikinci divizionda: 1 milyon qazanacaq[/b]
23.02.2017 - 01:54
[b]“Qəbələ”nin istədiyi futbolçu ikinci divizionda: 1 milyon qazanacaq[/b]

Bolqar hücumçu Valeri Bojinovun yeni klubu bəlli olub. Apasport.az-ın “sportal.bg” saytına istinadən məlumatına görə, hücumçu Çinin ikinci divizionunda çıxış edən “Meycjou Xaka” klubu ilə anlaşıb.

 

Tərəflər 1+1 illik müqaviləyə qol çəkiblər. Anlaşmaya görə, forvard illik 1 milyon avro məvacib alacaq.

 

Karyerası ərzində “Leççe”, “Fiorentina”, “Yuventus”, “Mançester Siti”, “Parma”, “Sportinq” kimi klublarda çıxış etmiş futbolçunun son komandası Serbiyanın “Partizan” klubu olub.

 

Qeyd edək ki, qış “transfer pəncərəsi” dövründə adı “Qəbələ” ilə hallandırılan oyunçu ilə danışıqlar maddi məsələlərdəki anlaşmazlıqlar səbəbindən alınmamışdı.

0