[b]“Real” rekordunu yeniləyib, “Barselona”ya yaxınlaşdı[/b]
23.02.2017 - 10:05
[b]“Real” rekordunu yeniləyib, “Barselona”ya yaxınlaşdı[/b]

Madrid “Real”ı yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, “kral klubu” buna ardıcıl 43 matçda qol vurmaqla nail olub.

 

Belə ki, İspaniya Primerosunun XVI turundan təxirə salınmış qarşılaşmada 1:2 hesabı ilə məğlub olan madridlilər bununla ardıcıl 43-cü görüşdə rəqib qapısına yol tapıblar. Klub rekordunu yeniləyən İspaniya nəhəngi sonuncu dəfə ötən il, aprelin 26-da Çempionlar Liqasının yarımfinal mərhələsində “Mançester Siti” ilə görüşdə fərqlənə bilməyib (0:0). Həmin vaxtdan bəri Zinəddin Zidanın yetirmələri 114 qol vurublar.

 

İspaniyada rekord isə “Barselona”ya məxsusdu. Kataloniyalılar 1942-43 və 1943-44 mövsümlərində ardıcıl 44 dəfə fərqləniblər. “Kral klubu” daha bir görüşdə rəqibi mərkəzə dəvət etməyi bacarsa, əzəli rəqibinin rekordunu təkrarlayacaq.

 

Qeyd edək ki, İspaniya La Liqasında 23 turdan sonra “Real” turnir cədvəlinə başçılıq edir.

0