[b]“Barselona” ingilis müdafiəçiyə təklif göndərəcək[/b]
23.02.2017 - 15:52
[b]“Barselona” ingilis müdafiəçiyə təklif göndərəcək[/b]

“Tottenhem”in müdafiəçisi Kayl Uolker karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Barselona”nın maraq dairəsinə düşüb.

 

Kataloniya klubu yaxın müddətdə qarşı tərəfə rəsmi təklif göndərəcək. “Barselona” rəhbərliyi londonlularla danışıqların müsbət nəticələnəcəyinə ümid edir. Onların ehtimalları özünü doğrultsa, Uolker yayda İspaniyaya köçəcək.

 

“Barsa” rəsmiləri İngiltərə yığmasının da şərəfini qoruyan müdafiəçinin komandaya güc qatacağını düşünür.

 

Qeyd edək ki, Uolker 2009-cu ildən “Tottenhem”in futbolçusudu.

0