[b]“Bununla bağlı heç bir rəsmi məlumat yoxdu” – Əmrah Çəlikəl[/b]
26.02.2017 - 15:52
[b]“Bununla bağlı heç bir rəsmi məlumat yoxdu” – Əmrah Çəlikəl[/b]


“Bu gün çox üzüldüyümüz günlərdən biridir. Belə günlərdə bir yerdə olmaq lazımdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.

 

Xocalı faciənin ildönümü ilə bağlı olaraq Ağdam təmsilçisi bu gün Şəhidlər Xiyabanına yürüş edərək şəhidlərimizi yad edib.

 

Klub rəsmisi faciə haqqında fikirlərini bölüşüb:  “Biz də buna görə burdayıq. Bir olduğumuzu, gücümüzü göstərmək üçün bura gəlmişik".

 

Əmrah Çəlikəl cəbhə bölgəsində son günlərdə yaşanan hadisələr haqda da fikilərini açıqlayıb: “Bu haqda eşitmişəm. Ancaq bununla bağlı heç bir rəsmi məlumat yoxdur. Buna görə də çox danışmaq istəmirəm. İnşallah rəsmi açıqlama verildikdən sonra nələr baş verdiyini biləcəyik. Əgər şəhidlərimiz varsa, Allah rəhmət etsin”.

 

0