[b]Baş məşqçi açıqladı: Ramil Şeydayev debütə hazırdı[/b]
26.02.2017 - 16:06
[b]Baş məşqçi açıqladı: Ramil Şeydayev debütə hazırdı[/b]

Milli komandamızın üzvü Ramil Şeydayev Slovakiya çempionatında debüt edə bilər. Apasport.az saytının məlumatına görə, hücumçumuz bu gün baş tutacaq “Zlate Moravçe” ilə görüşdə meydana çıxmağa hazırdı.

 

Bu barədə klubun rəsmi saytına açıqlamasında baş məşqçi Adrian Qula deyib. O, artıq bütün hüquqi məsələlərin yoluna qoyulduğunu və gənc futbolçunun yeni komandasında meydana çıxmaq üçün heç bir probleminin olmadığını bildirib.

 

“Jilina” – “Zlate Moravçe” görüşü bu gün saat 20:30-da start götürəcək.

 

Qeyd edək ki, Slovakiyanın yüksək dəstəsi hesab olunan Fortuna Liqasında mübarizə aparan “Jilina” 18 oyundan sonra 44 xalla turnir cədvəlində liderlik edir. 

0