[b]Ramil Şeydayevdən uğurlu debüt[/b]
26.02.2017 - 22:36
[b]Ramil Şeydayevdən uğurlu debüt[/b]

Slovakiya Fortuna Liqasında XIX turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin yeni komandası “Jilina” da növbəti matçına çıxıb.

 

Komanda öz meydanında “Zlate Moravçe” ilə üz-üzə gəlib.

 

Görüş “Jilina”nın 4:1 hesablı darmadağını ilə yekunlaşıb. Ramil ehtiyatda başladığı görüşün 76-cı dəqiqəsində meydana daxil olub.

 

Qeyd edək ki, 19 oyundan sonra aktivində 47 xal olan komanda turnir cədvəlinə liderlik edir.

0