[b]“Heç vaxt hakimliyi müzakirə etməyəcəyəm” [/b]
27.02.2017 - 12:48
[b]“Heç vaxt hakimliyi müzakirə etməyəcəyəm” [/b]

“Rəqib ikinci dəfə qapımıza yol tapdıqdan sonra dəyişikliklər etməli olduq və bu, özünü doğrultdu”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Madrid “Real”ının baş məşqçisi Zinəddin Zidan deyib.

 

La Liqanın XXIV turunda “Vilyarreal”ın qonağı olab “qalaktikos” çətin qələbə qazanıb. Madridlilər oyunun gedişində hesabda 2 top fərqilə geri düşsələr də, yekunda 3:2 hesablı qələbəyə seviniblər.

 

Oyunsonrası mətbuat konfransında fikirlərini bildirən Zidan qələbəni şərh edib: “Hücum xəttini gücləndirdik. Bunun da xeyrini gördük. Bilirdik ki, “Vilyarreal” öz meydanında fenomenal oyun sərgiləyir. Təmkinli davrandıq. Əvəzetmələr vasitəsilə matçın gedişini dəyişdik. Bizim üçün qələbə qazanmaq vacib idi”.

 

Zidan hakimin “Vilyarreal”ın qapısına təyin etdiyi penalti barədə isə bunları deyib: “Futbolçular o epizodda penaltinin olduğunu dedilər. Mən isə epizodu görmədim. Heç vaxt hakimlərin idarəçiliyini müzakirə etməyəcəyəm”. 

0