[b]“Bakılı”nın futbolçusu mükafatlandırıldı[/b]
27.02.2017 - 15:46
[b]“Bakılı”nın futbolçusu mükafatlandırıldı[/b]

Peşəkar Futbol Liqası I divizionda ayın ən yaxşı qolunun müəllifini mükafatlandırıb.  Apasport.az saytının məlumatına görə, azarkeşlər və jurnalistlərin seçimi ilə ötən ilin noyabr ayında I divizionda vurulan ən yaxşı qolun müəllifi Nurlan Məmmədzadə  olub.

 

“Bakılı”nın futbolçusu hazırda davam edən “Ağsu”- “Bakılı” görüşünsən öncə mükafatlandırılıb. Mükafatı futbolçuya Peşəkar Futbol Liqasının Texniki İdman şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edib. 

 

Mənbə: pfl.az

0