[b]Bundesliqa klubunun yeni baş məşqçisi müəyyənləşdi[/b]
27.02.2017 - 17:14
[b]Bundesliqa klubunun yeni baş məşqçisi müəyyənləşdi[/b]

“Volfsburq”un yeni baş məşqçisinin adı bəlli olub. Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi Andries Yonkerə həvalə edilib.

 

Klub 54 yaşlı mütəxəssislə müqavilə imzalandığını rəsmən bəyan edib. Yonker “Volfsburq”la 2018-ci ilə qədər anlaşma imzalayıb. O, bu postda istefaya göndərilən Valerien İsmaeli əvəz edib.

 

Klub rəhbərliyinin bu addımı atmasına səbəb komandanın XXII turdan sonra turnir cədvəlinin 14-cü pilləsində qərarlaşmasıdı.

 

Qeyd edək ki, 2012-2014-cü illərdə “Volfsburq”da məşqçi kimi fəaliyyət göstərmiş Andries Yonker 2014-cü ildən bəri “Arsenal”ın akademiyasında çalışıb. “Bavariya” və “Barselona”da Lui van Qalın köməkçisi olmuş mütəxəssis 2011-ci ildə qısa müddət Almaniya klubunun baş məşqçisi olub.

0