[b]Almeyda Azərbaycan millisində oynamağa razılıq verdi[/b]
28.02.2017 - 11:35
[b]Almeyda Azərbaycan millisində oynamağa razılıq verdi[/b]

AFFA-nın baş katibi Elxan Məmmədov “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda ilə görüşüb. Apasport.az-ın qurumun feysbuk səhifəsinə istinadən məlumatına görə, görüş zamanı braziliyalının Azərbaycan millisində iştirakı müzakirə olunub.

 

Almeyda Azərbaycan milli komandasında oynamaqla bağlı AFFA-nın təklifini müsbət qarşıladığını bildirib. Bu il onun Azərbaycanda yaşamağının 5 ili tamam olduğunu nəzərə alan federasiya müvafiq prosedurlara başlayıb.

 

İyun ayında 5 ili tamam olacaq Almeyda həmin vaxtdan etibarən Azərbaycan yığmasının formasını geyinəcək.

0