[b]“İslamiadaya yaxşı hazırlamalıyıq” - Faiq Qarayev məşqçilərlə görüşdü[/b]
28.02.2017 - 15:18
[b]“İslamiadaya yaxşı hazırlamalıyıq” - Faiq Qarayev məşqçilərlə görüşdü[/b]

Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının reqlamentinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, III dövrədən sonra çempionatın əsas hissəsi başa çatacaq.

 

15 turun nəticəsinə əsasən ilk “dördlük”də qərarlaşacaq komandalar pley-offa yüksələcəklər. Həlledici mərhələnin oyunları isə 2 dövrədən ibarət olacaq. Dairəvi sistemlə baş tutacaq ilk 3 tur Bakıda, son 3 matç isə Naxçıvanda olacaq.

 

Çempionatın gedişi və İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı bu gün görüş də keçirilib. Kişi komandaların baş məşqçiləri ilə görüşən Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev problemlərlə maraqlanıb və yığmamızın hazırlığına toxunub: “İslamiadaya kimi komandamızı bacardığımız qədər yaxşı hazırlamalıyıq. Düşünürəm ki, voleybolçular nə qədər çox matç keçirsələr, bir o qədər təcrübələri artar. Pley-offda da komandalar beynəlxalq yarışlarda olduğu kimi ardıcıl 3 matça çıxacaqlar. Bu səbəbdən də biz martın 10-na qədər oyunçu transferinə icazə verdik. Bunlar qaydalara uyğun olmalıdı”.

 

Qeyd edək ki, pley-off mərhələsinin ilk dövrəsi martın 15-17-də, son oyunları isə həmin ayın 28-30-da olacaq.  

0