Branimir Subaşiç: “Rusiya və Türkiyə klublarından təklif almışam”
02.04.2008 - 12:50
Branimir Subaşiç: “Rusiya və Türkiyə klublarından təklif almışam”
Azərbaycan yığmasının da şərəfini qoruyan Branimir Subaşiç “APA-Sport” agentliyinə açıqlamasında klub rəhbərliyi ilə bu barədə danışıqların olduğunu təsdiqləyib: “Müqaviləmin müddəti cari mövsümün sonunda başa çatacaq. Mən klubla anlaşmamı artırmaq istəyirəm. Bu yöndə ilkin razılıq də əldə etmişik. Ancaq bunun rəsmiləşməsi haqda indidən danışmaq istəməzdim”. 26 yaşlı serbiyalı hücumçunun sözlərinə görə, başqa klublar da onu heyətində görmək istəyir: “Rusiya və Türkiyənin yüksək liqa klublarından təklif almışam. Bununla agentim məşğul olur”.
0