[b]Türkiyədəki təmsilçilərimizin birindən 14 xal, digəri oynamadı[/b]
05.03.2017 - 22:33
[b]Türkiyədəki təmsilçilərimizin birindən 14 xal, digəri oynamadı[/b]

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, XIX tur çərçivəsində milli komandamızın üzvü Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld.” səfərdə “Halkbank”la qarşılaşıb.

 

Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yana matçı 14 xalla başa vurub.

 

Kseniya Poznyakın komandası “Beşiktaş” isə “Nilüfer Belediyyesi”nə qonaq olub. “Qara qartallar”ın 3:2 hesablı qalib gəldiyi matçda Kseniya çıxış etməyib.

 

Qeyd edək ki, 19 oyundan sonra aktivində 31 xal olan “Çanakkale Bld.” 6-cı, “Beşiktaş” isə 24 xalla 8-ci pillədə qərarlaşıb. 

0