SİZİN REKLAM BURADA

Taekvondoçularımız Hollandiyaya yollandılar

Martın 11-12-də Hollandiyanın Eyndhoven şəhərində taekvondo üzrə “Dutch Open” beynəlxalq turniri keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, sayca 44-cü olan G1 kateqoriyalı reytinq xarakterli yarışda ölkəmizi böyüklərdən və gənclərdən ibarət yığma komandalarımız təmsil edəcək.

 

Türkiyədə keçirilən yarışı uğurla başa vuran təmsilçilərimiz bu turnirdə də qüvvələrini sınayacaq. Komandalarımız artıq Hollandiya yollanıb.

 

Yarışa qatılacaq əsas millimizin heyətinə Qaşım Maqomedov, Mikayıl Əliyev (hər ikisi 54 kq), Fizam Mehtiyev (58 kq), Məmmədalı Quliyev, Məhəmməd Məmmədov (hər ikisi 63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Əliəsgər Əliyev (74 kq), Milad Beiqi Harçeqani (80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (hər ikisi 87 kq), Radik İsayev (+87 kq) Panis Esmaeilpour (46 kq), Patimat Abakarova, Gülhanım Yeşildal (hər ikisi 53 kq), Yaprak Eriş (57 kq), Darya Şkurko (62 kq) və Fəridə Əzizova (67 kq) daxil ediblər.

 

Gənclərin mübarizəsində isə ölkəmizi Xanoğlan Kərimov (45 kq), Bəhruz Quluzadə (48 kq), Ayaz Qənbərli (51 kq), Samir Məhərrəmov, Ruslan Seyidov (hər ikisi 55 kq) Cavad Ağayev (63 kq), Minayə Əkbərova (42 kq), Mirvari Qəndərli (44 kq), Sevda Pirseyidova (46 kq), Zalikə Babayeva (49 kq) təmsil edəcəklər.

 

Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Eyndhovenə yollanan komandalarımız mart 14-də vətənə dönəcək.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10