[b]Azərbaycan voleybolunda yenilik[/b]
11.03.2017 - 15:41
[b]Azərbaycan voleybolunda yenilik[/b]

2017/2018 mövsümündə Azərbaycan voleybolunda yenilik olacaq. Bu barədə apasport.az saytına məlumatı Azərbaycan Voleybol Federasiyasından veriblər.

 

Belə ki, yeni ildən kişi və qadın voleybolçular arasında Azərbaycan kubokunun keçirilməsi planlaşdırılır. Yarışda yüksək dəstə ilə yanaşı, aşağı dəstə klublarının da iştirakı gözlənilir.

 

Matçların isə dövrələrarası fasilədə oynanılacağı bildirilir.

 

Qeyd edək ki, Azərbaycan çempionatı peşəkar səviyyədə təşkil olunandan ölkə kuboku təşkil edilməyib. 

0