[b]"Qala"nın basketbolçusu həbs olundu[/b]
15.03.2017 - 13:19
[b]"Qala"nın basketbolçusu həbs olundu[/b]

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik satmaqda təqsirləndirilən Toğrul Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Əsgərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Cəlilabad şəhər sakini Əsgərovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evinə baxış zamanı oradan 3 kiloqram 500 qram tiryək aşkarlanıb. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsilə ittiham olunub.

Əsgərov artıq fəaliyyətini dayandıran "Qala" klubunun basketbolçusu olub.

 

0