[b]“Kəpəz”in futbolçusuna “qırmızı işıq”[/b]
18.03.2017 - 20:29
[b]“Kəpəz”in futbolçusuna “qırmızı işıq”[/b]

“Kəpəz”in futbolçusu Şəhriyar Rəhimovun seriyası qırılacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionatının arxada qalan 23 turunda komandası üçün əvəzolunmaz sayılan futbolçu qarşıdakı oyunu buraxacaq.

 

Buna onun cəzalı duruma düşməsi səbəb olub. “Sumqayıt”la XXIII turun matçında (1:0) aldığı sarı vərəqə Şəhriyar üçün mövsümdə 4-cü olub.

 

Maraqlıdı ki, Rəhimov vərəqələrdən ikisini “Neftçi”, ikisini “Sumqayıt”la görüşlərdə alıb. Bu isə onun növbəti turda oynamasına “qırmzı işıq” yandırıb. Futbolçu “Qarabağ”la səfər matçında “Kəpəz”ə kömək edə bilməyəcək.

 

Qeyd edək ki, Rəhimov 23 turun bütün matçlarında 90, ümumilikdə 2070 dəqiqə meydanda olub.

0