[b]6-cı dəfə ölkəsinin ən yaxşısı seçildi[/b]
22.03.2017 - 13:29
[b]6-cı dəfə ölkəsinin ən yaxşısı seçildi[/b]

“Napoli”nin yarımmüdafiəçisi Marek Hamşik Slovakiyada 2016-cı ilin futbolçusu seçilib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 30 yaşlı futbolçu 6-cı dəfə bu ada layiq görülür.

 

Hamşik bundan əvvəl 2009, 2010, 2013, 2014 və 2015-ci illərdə də Slovakiyanın ən yaxşısı seçilib.

 

Onu müvafiq olaraq, “Fənərbaxça”nın müdafiəçisi Martin Şkrtel və “Zenit”in yarımmüdafiəçisi Robert Mak izləyib.

0