[b]Alleqrinin taleyinə aydınlıq gəldi[/b]
22.03.2017 - 14:05
[b]Alleqrinin taleyinə aydınlıq gəldi[/b]

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin gələcək taleyi müəyyənləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis hazırkı klubunda qalmağı üstün tutub.

 

Son vaxtlar adı “Barselona” ilə daha çox hallanan Alleqri söz-söhbətlərə son qoymaq üçün “qoca sinyora” ilə yeni müqavilə imzalamaq qərarına gəlib. Rəhbərliklə baş tutan danışıqlar artıq müsbət nəticələnib. 49 yaşlı çalışdırıcı yaxın günlərdə klubu ilə anlaşmasının müddətini 2020-ci ilə qədər uzadacaq.

 

Qeyd edək ki, Massimiliano Alleqri 2014-cü ildən “Yuventus”u çalışdırır.

0