[b]“Qarabağ” üçün yubiley şansı[/b]
22.03.2017 - 19:55
[b]“Qarabağ” üçün yubiley şansı[/b]

Azərbaycan kubokunun yarımfinal mərhələsində “Neftçi” “Qarabağ”la üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, cütün taleyini iki oyundan ibarət mübarizə həll edəcək.

 

Maraqlıdı ki, son iki finalın iştirakçıları bu oyuna qədər ölkə kuboku uğrunda yarışlarda 19 dəfə üz-üzə gəliblər. Bu görüşlərdən 5-də “Neftçi” qələbəyə sevinibsə, 5 qarşılaşma da heç-heçə bitib. Digər 9 matçda isə “Qarabağ” qələbəyə sevinib.

 

Vurulan və buraxılan qolların sayında isə tarazlıq müşahidə olunur – 16:16.

 

Daha əvvəl 11 dəfə kubok yarışlarında üzləşən əzəli rəqiblərin duellərində 7 dəfə ağdamlılar, 4 dəfə isə paytaxt klubu mərhələni keçən tərəf olub. 

 

(pfl.az)

0