[b]“Qalatasaray”ın Hakan Şükür və Arif Ərdəm qərarı[/b]
25.03.2017 - 22:26
[b]“Qalatasaray”ın Hakan Şükür və Arif Ərdəm qərarı[/b]

“Qalatasaray”da ənənəvi maliyyə qurultayı baş tutub. Apasport.az saytının məlumatına görə, hazırkı rəhbərlik klubun idarə heyəti tərəfindən güvən səsi alaraq vəzifəsində qalıb.

 

Bundan əlavə bir neçə klub üzvünün kənarlaşdırılması ilə bağlı səsvermə də keçirilib. Azarkeşlərin maraqla gözlədiyi qərar isə klubun tarixində özünə yer eləmiş əfsanəvi futbolçular Arif Ərdəm və Hakan Şükürün FETÖ teror təşkilatı ilə əlaqələri səbəbindən üzvlükdən çıxarılıb-çıxarılmayacağı idi.

 

Səsvermənin nəticəsi isə bu oyunçuların xeyrinə olub. Belə ki, hər iki keçmiş futbolçu klub üzvlüyündə saxlanılıb.

 

Qeyd edək ki, Hakan Şükür və Arif Ərdəm Türkiyə klub futbolu tarixinin ən böyük mükafatı olan UEFA kubokunu qazanarkən “Qalatasaray”ın əsas oyunçuları olublar. İkili eyni zamanda 2002-ci ildə Türkiyə millisinin dünya üçüncülüyünü qazandığı komandanın heyətində birlikdə çıxış ediblər.

0