[b]"Bu komanda mənim gəncliyimdi" - İqor Ponomaryov[/b]
29.03.2017 - 17:47
[b]"Bu komanda mənim gəncliyimdi" - İqor Ponomaryov[/b]

"Neftçi”nin 80 illik yubileyi ilə bağlı Bakıda olmaq çox xoşdur. Allah eləsin, sevimli klubumuzun 100 illiyini də birlikdə qeyd edək”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin sabiq futbolçusu İqor Ponomaryov deyib.

 

Paytaxt təmsilçisinin 80 illik yubileyinə dəvət olunan veteran oyunçu xatirələrini bölüşüb.

 

1988-ci ilin Olimpiya çempionu klubun rəsmi saytına açıqlamasında bunları deyib: “Paytaxta gəlmək həmişə xoşdu, Bakı mənim doğma şəhərimdi. Belə təntənəli tədbirlər təşkil etdiklərinə görə klub rəhbərliyinə minnətdaram. "Neftçi” mənim yeniyetmə dövrümdü, gəncliyimdi. Hələ gənc yaşlarımda bu komandada oynamaq istəyirdim. Hətta MOİK-ə gedəndən sonra da "Neftçi”yə qayıdıb, burada çıxış etdim. "Neftçi” mənim üçün xüsusi komandadı, o, həmişə mənim qəlbimdə olacaq”.

0