[b]“Çempionluğu yaxşı xatırlayıram” – U-21 millimizin üzvü[/b]
29.03.2017 - 19:58
[b]“Çempionluğu yaxşı xatırlayıram” – U-21 millimizin üzvü[/b]

“Böyük bir komandaya keçmişəm. Ümid edirəm ki, bu formanı uzun illər geyinəcəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri U-21 millimizin üzvü Ozan Can Kökcü deyib.

 

Türkiyə əsilli 18 yaşlı oyunçu bu gün Super Liqa təmsilçisi “Bursaspor”la 4 illik müqavilə imzalayıb.

 

İmza mərasimində yerli mətbuata açıqlama verən Kökcü fikirlərini bölüşüb: “Bursaspor”u uşaqlığımdan bəri izləyirəm. 2010-cu ildəki çempionluğu da yaxşı xatırlayıram. Uşaq vaxtı çıxış etdiyim “Qroningen”in çalışdırıcısı daha əvvəl Türkiyədə oynadığı üçün ondan türk futbolu haqqında soruşmuşdum. O isə mənə öz üzərində çox işləsən, yaxşı yerlərə gələ bilərsən demişdi. Mən də “Bursaspor”u seçdim. Ən sevdiyim oyunçu isə kapitab Pablo Battalyadı. Birlikdə oynamaq çox xoş olacaq”.

0