[b]Millimiz Moldovanı yenə məğlub etdi – YENİLƏNİB[/b]
30.03.2017 - 21:37
[b]Millimiz Moldovanı yenə məğlub etdi – YENİLƏNİB[/b]

Bu gün futzal üzrə Azərbaycan millisi növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, komandamız Moldova ilə yoldaşlıq matçında qüvvəsini sınayıb.

 

AVRO-2018-in seçmə mərhələsinə hazırlaşan yığmamız dünən qarşılaşdığı rəqibi yenidən sınağa çəkib. Qonaqları 6:1 hesabı ilə məğlub edən millimiz ikinci qələbəsini də qazanıb.

 

Bakı İdman Sarayında keçirilən qarşılaşma 3:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Faiq Əliyevin dubl etdiyi oyunda yığmamızın digər qolunu Kardosa Everton vurub.

 

Yoldaşlıq oyunu

30 mart

Azərbaycan – Moldova - 3:2

Qollar: Faiq Əliyev (2), Everton Kardozo

Bakı İdman Sarayı

 

0