[b]İbrahimoviç qərarını açıqladı – gedir?[/b]
30.03.2017 - 12:47
[b]İbrahimoviç qərarını açıqladı – gedir?[/b]

“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç komandada qalıb-qalmayacağı ilə bağlı yayılan söz-söhbətlərə son qoyub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, isveçli forvard ABŞ-a köçmək fikrində olmadığını bildirib.

 

35 yaşlı ulduz futbolçu mövsümün sonuna qədər olan müqavilə müddətini uzatmağa hazırlaşdığını söyləyib: “Mən özünü tamamilə işinə kökləyən insanam. Heç vaxt şikayət etmərəm. Sadəcə, bacardığım işi görürəm. İndiyə qədər heç bir işim yarımçıq qalmayıb. Dünyada “mən “Mançester Yunayted”in futbolçusuyam” deyən çox az oyunçu var. Hazırda İngiltərənin ən güclü klubunda çıxış edirəm. Rəhbərliklə yeni müqavilə məsələsini müzakirə etmişik. Danışığımız müsbət keçib. Tezliklə yeni müqavilə bağlayacağıma ümid edirəm”.

 

Qeyd edək ki, Zlatan İbrahimoviç bu mövsüm “Mançester Yunayted”in heyətində 22 qola imza atıb.

0