[b]Elxan Məmmədov seminarda iştirak edəcək[/b]
30.03.2017 - 13:54
[b]Elxan Məmmədov seminarda iştirak edəcək[/b]

Belarusun paytaxtı Minskdə FİFA-nın təşkilatçılığı ilə milli assosiasiyaların baş katibləri və inkişaf menecerləri üçün seminar təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, bu gün başlayan tədbir iki gün davam edəcək.

 

Seminarda ölkəmizi AFFA-nın baş katibi Elxan Məmmədov təmsil edəcək. Onun da iştirak edəcəyi seminara Belarus, Bolqarıstan, Estoniya, Ermənistan, Finlandiya, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Moldova, Polşa, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna futbol federasiyalarının nümayəndələri qatılacaq. 

 

Mənbə: affa.az

0