[b]Baş məşqçi təhqirlərə dözmədi: Komandanı meydanda qoyub getdi[/b]
01.04.2017 - 00:01
[b]Baş məşqçi təhqirlərə dözmədi: Komandanı meydanda qoyub getdi[/b]

Basketbol üzrə Avropa Liqasının XXIX turunda “Qalatasaray” “Baskonia” ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, istanbulluların 80:103 hesabı ilə məğlub olduqları oyun qalmaqalla başlayıb.

 

Belə ki, matçın start fiti verilən kimi salona toplaşmış azarkeşlər “sarı-qırmızılar”ın baş məşqçisi Ergin Atamanı təhqir etməyə başlayıb.

 

Xüsusilə də klubun ən fəal dəstəkçisi olan “Ultraslan” azarkeş qrupununun üzvləri tərəfindən söyüşlərə hədəf olan Ataman əlindəki plasmas su qabını kənara çırparaq paltardəyişmə otağına gedib.

 

Oyunun 5-ci dəqiqəsi gedərkən geri dönən baş məşqçiyə təhqirlər yenə davam edib. 

0