Almaniya milli komandası Azərbaycanı “AWD-Arena” stadionunda qəbul edəcək
07.04.2008 - 14:33
Almaniya milli komandası Azərbaycanı “AWD-Arena” stadionunda qəbul edəcək
2009-cu il sentyabrın 9-da keçiriləcək matçın bu stadionda keçiriləcəyini yazan almaniyalılar yenidən “Bördi, Fogts” mahnısını səsləndiriləcəyini qeyd ediblər. Hazırda bu stadionda bundesliqa təmsilçisi “Hannover” öz rəqiblərini qəbul edir. 1954-cü ildə inşa olunan arena 48933 tamaşaçı tutur. 4 il əvvəl “AWD-Arena”da aparılan rekonstruksiya işlərindən sonra tutumu 43200-ə qədər azalan stadionda iki il əvvəlki dünya çempionatının 5 görüşü keçirilib. Qrup mərhələsinin İtaliya – Qana (2:0), Meksika – Anqola (0:0), Kosta-Rika – Polşa (1:2), İsveçrə - Cənubi Koreya (2:0) və 1/8 finalın İspaniya – Fransa (1:3) matçları bu stadionda keçirilib.
0