[b]Yığmamızın oyununda finlandiyalı referi[/b]
06.04.2017 - 18:43
[b]Yığmamızın oyununda finlandiyalı referi[/b]

Futzal üzrə AVRO-2018-in əsas seçmə mərhələsinin Bakıda keçiriləcək qrup oyunlarına ilk turun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 8-də baş tutacaq ilk turda Azərbaycan yığması Bosniya və Herseqovina ilə görüşəcək.

 

Millimizin görüşünü Finlandiya və Hollandiyadan olan hakimlər briqadası idarə edəcək. Skandinaviyalı Timo Onatsu matçın 1-ci, “Zambaqlar ölkəsi” təmsilçisi Lars van Leuven isə 2-ci hakim kimi meydana çıxacaq.

 

B qrupu

I tur, 8 aprel

16:00. Macarıstan – Albaniya

Hakimlər: Borislav Kolev (Bolqarıstan), Kostas Nikolaou (Kipr)

Bakı İdman Sarayı

 

18:30. Azərbaycan – Bosniya və Herseqovina

Hakimlər: Timo Onatsu (Finlandiya), Lars van Leuven (Hollandiya)

Bakı İdman Sarayı

0