[b]Millimiz İslam Oyunlarına Kamerunla start verəcək[/b]
06.04.2017 - 21:07
[b]Millimiz İslam Oyunlarına Kamerunla start verəcək[/b]

Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının proqramına daxil olan futbol yarışlarının püşkatma mərasimi olub. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edəcək U-23 milli komandamızın da rəqibləri bəlli olub.

 

Yığmamız A qrupunda yarışacaq. Yaşar Vahabzadənin yetirmələri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşlə qarşılaşacaq.

 

Digər qrupda isə Fələstin, Oman, Əlcəzair və Türkiyə yığmaları mübarizə aparacaqlar.

 

Qeyd edək ki, turnirin futbol yarışları mayın 8-dən başlanacaq. Açılış matçında millimiz Kamerunlu həmyaşıdları ilə oynayacaqlar. Qrupları ilk 2 pillədə başa vuranlar mayın 18-də yarımfinalda çarpaz üsulu ilə üz-üzə gələcəklər. Final matçı isə mayın 21-də olacaq.

0