Xamesdən Zidana sərt reaksiya - VİDEO
06.04.2017 - 22:03
Xamesdən Zidana sərt reaksiya - VİDEO

“Real”ın kolumbiyalı futbolçusu Xames Rodrigez İspaniya La Liqasının “Leqanes”lə səfər oyununda əvəzlənməsinə sərt reaksiya bildirib. Apasport.az saytının məlumatına görə, Xamesin əvəzlənərkən baş məşqçi Zinəddin Zidanla görüşməməsi, onun ünvanına təhqiramiz ifadələr işlətməsi, həmçinin ehtiyat oyunçular skamyasında oturarkən əlini skamyaya vurması kameralara tuş gəlib.

 

Fransız mütəxəssis isə öz növbəsində oyundan sonra İspaniya mətbuatına açıqlamasında bunun normal olduğunu deyib: “Xamesin əsəbi olması normaldı. Komandadan kənarda qaldı, bununla bağlı edə biləcəyim heç nə yox idi”.

 

Qeyd edək ki, Rodrigez dünənki oyunda komandasının 4:2 hesablı qələbəsinə 1 qolla töhfə verib.

0