[b]İslamiada: Pakistan 200 idmançı ilə gəlir[/b]
13.04.2017 - 09:32
[b]İslamiada: Pakistan 200 idmançı ilə gəlir[/b]

Pakistan Milli Olimpiya Assosiasiyası Bakıda təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək idmançılarının sayını açıqlayıb. Apasport.az saytının məlumatına görə, asiyalılar mayın 12-22-də baş tutacaq yarışa 200 atletlə gəlməyi planlaşdırırlar.

 

Pakistanlılar 14 idman növündə medala iddia edəcəklər.

 

Qeyd edək ki, Pakistan yığması İslamiadada kişi voleybolçular, həndbolçular və basketbolçuların yarışında Azərbaycanla eyni qrupda yer alıb. 

0