[b]Polşa yığması Azərbaycanla oyun üçün heyətini açıqladı[/b]
14.04.2017 - 13:12
[b]Polşa yığması Azərbaycanla oyun üçün heyətini açıqladı[/b]

Qadın voleybolçular arasında Polşa millisinin heyəti açıqlanıb. Apasport.az saytını məlumatına görə, məşqçilər korpusu komandanı bu il gözləyən 3 böyük yarışda güvənəcəyi 32 oyunçunu müəyyənləşdirib.

 

Bu oyunçular Qran-pri, dünya çempionatının seçmə və Bakıda keçiriləcək Avropa çempionatının final mərhələsinə namizədlərdi. Hər bir turnir üçün yekun heyət həmin yarış ərəfəsində dəqiqləşəcək. Heyətində ciddi dəyişikliklər olmayan Polşa yığmasında yalnız bir neçə voleybolçunun qayıdışı diqqət çəkir. Hücumçular Katarjina Zaroslinska ilə Natalia Medrsik, blokçu Qabriela Polanska və libero Aqata Vitkovska zədədən sonra yenidən düşərgəyə cəlb ediliblər.

 

Avropa çempionatının final mərhələsinin qrup oyunlarında Almaniya, Macarıstan və Azərbaycana rəqib olan polşalılar cəmi 4 legionerə ehtiyac duyublar. Bunlardan biri son mövsümü Yaponiyada, digərləri İtaliyada oynayıblar.

 

Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsi mayın sonunda, Qran-pri yarışları iyulda və Avropa çempionatı sentyabrda start götürəcək.

 

Toppaylayıcılar: Alisya Grabka (“Legionovia”), Marlena Pleşnierovij (“Bıqdoş”), Evelina Tobiaş (“Lodz”), Evelina Polak (KSZO Ostroviec), Yoanna Voloş (Ximik).

 

Blokçular: Klaudia Alagierska (“Legionovia”), Susanna Efimienko (“Montiçiari”, İtaliya), Malqorzata Yasek (“Varşava”), Aqnieşka Kakolevska, Monika Ptak (hər ikisi “İmpel”), Yeva Kviatkovska (LKS, Lodz), Qabriela Polanska (“Lodz”), Aleksandra Sikorska (“Dabrova Qornitsa”), Maya Tokarska (“Hisamistu Springs”, Yaponiya).

 

Hümumçular: Monika Bosiek (“Legionovia”), Malvina Smarzek, Katarjina Zaroslinska (hər ikisi “Ximik”), Berenika Tomsia (“Montsa”, İtaliya), Olişia Baluk, Natalia Murek (hər ikisi SMS Şjirk), Roskana Brzoska (KSZO Ostroviec), Tamara Kalişuk (“Dabrova Qornitsa”), Natalia Medrsik (“İmpel”), Emilia Muça (“Bielsko-Biala”), Patrisya Polak (“Budovlani Torun”), Olivia Rosanski (“Yastrsębski KS”), Mandalena Stisiak (“Ximik”), Martina Qrayber, Yulia Tvardovska (hər ikisi “Lodz”).

 

Liberolar: Aleksandra Krsos (“Ximik”), Maria Stenzel (“İmpel”), Aqata Vitkovska (“Yamamay”, İtaliya).

 

0