[b]"Kamran yaxşı insan deyildi. Get və geri dönmə..."[/b]
18.04.2017 - 12:35
[b]"Kamran yaxşı insan deyildi. Get və geri dönmə..."[/b]

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin “Boavişta”dan rəsmən ayrıldığını klubun rəsmi feysbuk səhifəsi dünən yayıb. Apasport.az saytının məlumatına görə, buna reaksiya heç də birmənalı olmayıb.

 

Belə ki, həmin statusa “Boavişta” azarkeşləri öz rəylərini yazıblar. Bəziləri Kamranın ayrılmasına üzülürsə, bəzi fanatlar da bunun komandaya xeyir verəcəyini düşünür.

 

Kamran Ağayevin “Boavişta”dan ayrılması xəbərinə azarkeşlərin münasibətini təqdim edirik.

 

Armando Silva: Hər şey üçün təşəkkürlər, Ağayev. Ehtiyat qapıçı olmağa razılaşmadığın üçün getdin. Ancaq indi də yaxşı qapıçıya sahibik.

Adeir Roşa: Sən böyük qapıçısan, uğurlar. Hər zaman “Boavişta”, ölənə qədər “Boavişta”.

Qui Lopes: Ümid edirəm ki, bu, qapıçının seçimidi.

Manuel Rebelo: “Boavişta”ya gec uyğunlaşdı. Amma Vaqner daha uğurlu başladı və davam etdi. Komanda üçün verdiyi əməyə görə təşəkkürlər.

Pedro Koşta: Hər şey üçün təşəkkürlər. Qapıda durduğu vaxtlarda hər şeyini ortaya qoyub.

Xoakim Ribeyro: Kamran kimi qapıçı çoxdu.

Uqo Estrela: Hələ indi bəyanat yayılır? Artıq neçə gündü bunu bilirik. Gülməlidi.

Andre Veyqa: Bu press-reliz heç nə demək deyil. Ayrılığın səbəbini yazmaq lazımdı.

Karlos Luzia: Hətta gecikiblər. Kamran yaxşı insan deyildi. Get və geri dönmə...

De Vez Enkuando: Bu bəyanata hər hansı bir şərh layiq deyil. Ağayev “Boavişta”nın formasının ağırlığını göstərdi.

Migel Moreyra: İncimə, Ağayev, həqiqətən də, xəstəsən.

Virgilio Ramos: İntizamsız davranışları ilə bəzi oyunlarda komandaya zərər vurdu.

Qonçalo Moreyra: Artıq gec idi. Hər iki tərəf bundan qazancla ayrıldı. Vaqner daha stabil qapıçıdı, ona dəstək olmaq lazımdı.

Rikardo Neves Maçado: Gec başa düşdülər.

Bernardo Motta Veyqa: Bilirəm ki, Vaqner daha yaxşıdı.

Renato Soareş: Bəlkə mövsümün sonunda Vaqner də ayrılacaq və çərçivə Meyraya tapşırılacaq. Qəribəsi budu ki, Ağayev mövsümün sonunda yox, indi ayrılır.

0