SİZİN REKLAM BURADA

“Monako” və “Yuventus” yarımfinalda - YENİLƏNİB

Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Barselona” – “Yuventus” və “Monako” – “Borussiya” oyunları ilə sonuncu yarımfinalçıların adlarına aydınlıq gəlib.

 

“Barselona” ilk görüşdə 0:3 hesabı ilə uduzduğu “Yuventus”la öz meydanında da bacara bilməyib. "Nou Kamp"da 90 min azarkeşin izlədiyi oyunda qapılara qol vurulmayıb. Beləliklə, turinlilər qitənin ən nüfuzlu klub turnirində son 4 komandadan biri olublar.

 

“Monako” – “Borussiya” görüşündə isə bu dəfə 4 qol vurulub. Bu komandaların Dortmunddakı ilk qarşılaşmasında azarkeşlər 5 qola şahidlik etmişdilər. Meydan sahibləri rahat qələbə ilə adını yarımfinala yazdırıb - 3:1.

 

Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

19 aprel

 

“Barselona” (İspaniya) – “Yuventus” (İtaliya) - 0:0

Baş hakim: Byörn Kuypers (Hollandiya)

İlk oyun – 0:3

 

“Barselona”: 1. Mark Andre Ter Ştegen, 3. Jerard Pike, 4. İvan Rakitiç, 5. Serxio Buskets, 8. Andres İnyesta, 9. Luis Suarez, 10. Lionel Messi, 11. Neymar, 18. Xordi Alba, 20. Serxi Roberto, 23. Samuel Umtiti

 

“Yuventus”: 1. Canulici Buffon, 3. Corco Kyellini, 5. Miralem Pyaniç, 6. Sami Kedira, 7. Xuan Kuadrado, 9. Qonzalo İquayn, 12. Aleks Sandro, 17. Mario Mancukiç, 19. Leonardo Bonuççi, 21. Pablo Dibala, 23. Dani Alves

 

 

“Monako” (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) - 3:1

Qollar: Mbappe, 3, Falkao, 17, Cermeyn, 81 - Roys, 48

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun – 3:2

 

“Monako”: 1. Daniel Subaşiç, 5. Jemerson, 8. Joao Moutinyo, 9. Radamel Falkao (k), 10. Bernardo Silva, 14. Tiemoue Bakayoko, 23. Benjamin Mendi, 25. Kamil Glik, 27. Tomas Lemar, 29. Kulian Mbappe, 38. Almamu Ture

 

“Borussiya”: 38. Roman Bürki, 8. Nuri Şahin, 11. Marko Roys (k), 13. Rafael Querreriro, 17. Pyer-Emerik Obameyanq, 23. Şinji Kaqava, 25. Sokratis Papastatopulos, 26. Lukas Pişçek, 28. Matthias Qinter, 33. Yulian Vayql, 37. Erik Durm

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220