[b]İslamiada: Misir 46 nəfərlə gəlir[/b]
21.04.2017 - 12:50
[b]İslamiada: Misir 46 nəfərlə gəlir[/b]

Misir yığması Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına gətirəcəyi heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, afrikalılar mayın 12-22-də baş tutacaq yarışa 46 nəfərlə gəlməyi planlaşdırırlar.

 

Heyətdə 30 idmançı olacağı halda, 16 nəfər  nümayəndə heyətinin üzvləridi. Komanda idman növlərində təmsil olunmayacaq misirlilər karate, ağırlıqqaldırma, boks və atıcılıq növlərində güclərini yoxlayacaqlar.

 

Yığmanın şef-de-missionu Misir Olimpiya Komitəsinin baş katibi Alaa Caber olacaq. Komanda isə Bakıya mayın 9-da gələcək. 

0