[b]FİFA-dan “Qarabağ”a təbrik[/b]
21.04.2017 - 13:15
[b]FİFA-dan “Qarabağ”a təbrik[/b]

“Qarabağ” Azərbaycan çempionu olması münasibətilə növbəti təbriki alıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu dəfə FİFA Ağdam klubunu təbrik edib.

 

Belə ki, ali futbol qurumunun rəhbəri Canni İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2016/2017 mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib.

 

FİFA-nın prezidenti “Qarabağ”a daha böyük uğurlar arzulayıb.

0