SİZİN REKLAM BURADA

“Qarabağ” bu göstəricidə dünyanın 6-cı komandasıdı

Dünya klublarının milli çempionatlarda nümayiş etdirdiyi ən uzun seriyaların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, müxtəlif göstəricilər üzrə açıqlanan “onluq”larda Azərbaycan təmsilçiləri də yer alıb.

 

Onlar arasında “Qarabağ”ın ev oyunları ilə bağlı seriyası xüsusi diqqət çəkir. Həftəsonu mövsümdə sonuncu dəfə öz meydanına çıxacaq Ağdam klubuna qonaqlardan heç biri 2 qol vura bilmir.

 

Evdə 2 və ya daha çox qol buraxmayan Qurban Qurbanovun yetirmələrinin bu seriyası 1 il 4 aydı davam edir. Maraqlıdı ki, “Qarabağ”ın meydanında 2 qola sevinən sonuncu komanda Premyer Liqanın XXVII turundakı rəqib “Sumqayıt”dı.

 

“Gənclik şəhəri” təmsilçisi 2015-ci il dekabrın 16-da 2:2 hesablı səfər heç-heçəsinə sevinib. Artıq çempionluğu təmin edən və oyun sonrası qızıl medalları təqdim olunacaq ağdamlılar 23 matçdı bu seriyasını davam etdirir. 23 görüşdən 6-da 1 top buraxıb, 17-də qapısını toxunulmaz saxlayan “Qarabağ” dünyanın 6-cı komandasıdı.

 

Yüksək liqa təmsilçilərindən yalnız 5-i daha uzun müddətdi evdə 2 qol buraxmır. 1-ci pillədə Yunanıstan “Olimpiakos”udu. Ellada təmsilçisi 39 görüşdü öz meydanında qonaqlara 1-dən artıq qol şansı vermir. İtaliya “Yuventus”u 37 matçlıq seriyaya məxsusdu. “Ağ-qaralar” burada ikincidi. “Sumqayıt”la görüşdə seriyanı davam etdirəcəyi halda, təmsilçimiz eyni siyahıda yer aldığı bu adlı-sanlı klublarla böyük fərqi bir az “əridəcək”.

 

Daha 3 komanda “Qarabağ”dan öndədi. Makedoniya “Vardar”ı 30, Əlcəzair “Saura”sı və Avstriya “Zalsburq”u 27 oyundu qonaqları “2”yə də layiq görmür.

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220