[b]Paytaxt derbilərinin aşkar favoriti[/b]
21.04.2017 - 16:35
[b]Paytaxt derbilərinin aşkar favoriti[/b]

UEFA Çempionlar Liqasının yarımfinalında Madrid derbisi baş tutacaq. Apasport.az saytının məlumatına görə, “Real” və “Atletiko” avrokubok tarixində 6-cı dəfə rəqib olacaqlar.

 

Tərəflər arasında indiyə qədər baş tutan qarşılaşmalarda “Real” böyük üstünlüyə malik olub. “Atletiko” cəmi 1 oyunda – 1958/59 mövsümündə qələbə qazanıb (1:0). Ancaq heç vaxt nə növbəti mərhələyə adlaya bilib, nə də finalda kuboku qazanıb. 1959-cu ildə yarımfinal, 2015-ci ildə isə 1/4 final mərhələsində “Atletiko”nu mübarizədən kənarlaşdıran “kral klubu” 2014 və 2016-cı illərdə də rəqibinə finalda qalib gəlib.

 

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları 2-3 may və 9-10 may tarixlərində keçiriləcək.

0