[b]"Yuventus" rəsmisi: “Monako”ya qarşı oynamaq çətindi, çünki... [/b]
21.04.2017 - 16:30
[b]"Yuventus" rəsmisi: “Monako”ya qarşı oynamaq çətindi, çünki... [/b]

“Yarımfinalda kiminlə qarşılaşmağın daha yaxşı olduğunu demək çətindi”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Çexiya yığmasının və “Yuventus”un sabiq futbolçusu Pavel Nedved deyib.

 

Hazırda Turin klubunun vitse-prezidenti vəzifəsini icra edən Nedved Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatmasını dəyərləndirib.

 

O, “qoca sinyora”ya rəqib olan “Monako” barədə danışıb: “Çempionlar Liqasında buraxdığın səhvi bağışlamırlar. İnanıram ki, yarımfinal matçlarına da tam hazır çıxacağıq. Bizi gənc komandaya qarşı oyunlar gözləyir. “Monako”nun futbolçuları meydanda çox qaçırlar. Bu cür komandaya qarşı oynamaq isə həmişə çətindi”.

 

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları mayın 2-3-də, cavab qarşılaşmaları isə 9-10-da keçiriləcək. 

0