[b]Eddisiz komanda qələbəyə həsrət qaldı[/b]
23.04.2017 - 00:05
[b]Eddisiz komanda qələbəyə həsrət qaldı[/b]

İspaniya Sequndasında XXXV tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadiz” də növbəti matçına çıxıb.

 

“Sarılar” doğma azarkeşlər önündə “Levante” ilə qarşılaşıblar. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Eddi oyuna ehtiyat oyunçular skamyasında başlayıb və sona qədər matçı kənardan izləyib.

 

Qeyd edək ki, 35 oyundan sonra aktivində 54 xal olan “Kadiz” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

0